Kurskla bağlı kəşfiyyat məlumatları yayıldı

16 Avqust 2024 20:06

Ruslar Kursk bölgəsinə daha çox qoşun yeridib və Ukrayna qüvvələrinin bölgədə irəliləməsinə mane olmaq üçün müdafiə istehkamları inşa etməyə başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən X hesabında məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, avqustun 6-dan Ukrayna qüvvələri Kursk vilayətinin dərinliyinə 10-25 kilometr, cəbhənin perimetri isə 40 km-ə yaxındır.

"Rusiya müdafiə xətləri qursa da və ərazidə sərhəd qoşunları olsa da, onlar bir neçə batalyonun hücum qüvvələrinə cavab verməyə hazır deyildilər", - məlumatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun