Azərbaycanda bu maşınlardan 100 ədəd istehsal ediləcək

16 Avqust 2024 14:17

Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası"nda illik 100 ədəd "İveko" markalı, aztonnajlı yük avtomobilləri istehsal ediləcək. Müəssisənin inşasının bir il sonra yekunlaşdırılması nəzərdə tutulub. İstehsala və xidmətə 1 ildən sonra başlamağı planlaşdırırıq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı Az-Tex-İmport MMC-nin təsisçisi Samir İbadullayev deyib.

O bildirib ki, müəssisədə təxminən 80 nəfər işlə təmin ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun