Fransa Yeni Kaledoniyada komendant saatının vaxtını uzatdı

16 Avqust 2024 12:14

Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının vaxtını avqustun 26-dək uzadıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yeni Kaledoniyanın Ali Komissarlığı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, son etirazlar nəticəsində ölənlərin sayı 11-ə yüksəldiyi üçün Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının müddətini avqustun 26-dək uzadıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun