Rəşad İsmayılov nazir müavini təyin olundu

16 Avqust 2024 11:36

Rəşad Sahil oğlu İsmayılov Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun