Nokia və Yahoo! onlayn servislər sahəsində əməkdaşlığa başladı

25 May 2010 21:38
Şirkətlər elektron poçt, ani ismarıc mübadiləsi, kartlar, eləcə də naviqasiya servisləri üzrə bir-birini tamamlayacaqlar.

Əməkdaşlıq çərçivəsində "Nokia" Ovi kartlarına "Yahoo!"nun xüsusiyyətlərini inteqrasiya etməklə "Yahoo!" kartlarının eksklüziv qlobal təchizatçısı olacaq.

"Yahoo!" isə öz növbəsində "Nokia"nın Ovi poçtu və çatlarının eksklüziv provayderi olmaq hüququnu qazanır.

Bundan əlavə razılığa gələn iki böyük şirkət hər birinin servislərinə çıxışın asanlaşdırılması məqsədilə istifadəçilərin vahid identifikasiya texnologiyasının işlənib hazırlanması barədə düşünür.

Milli.Az