Olimpiya mükafatçısı restoranda ofisiant işləyir

16 Avqust 2024 10:30

Çinli olimpiya mükafatçısı Çjou Yasin restoranda ofisiant işləyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müəssisənin Çjou Yasinin valideynlərinə məxsus olduğu qeyd edilir.

Məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Olimpiadada gümüş medal qazanan gimnast vətənə qayıdıb və restoranda ofisiant işləməyə davam edib. Məşqdən asudə vaxtlarında 18 yaşlı idmançı qonaqlara xidmət edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun