Kanada səfiri Zəngəzura gəldi: “Geosiyasi mövqe...”

16 Avqust 2024 08:30

Kanadanın İrəvandakı səfiri Endryu Turner Qərbi Zəngəzura səfər edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Zəngəzurun qubernatoru Robert Qukasyan səfirə "ümumi təhlükəsizlik vəziyyətini" təqdim edib və səfirlə digər məsələləri müzakirə edib.

Endryu Törner qeyd edib ki, Zəngəzur öz geosiyasi mövqeyinə və roluna görə unikaldır.

Səfir qubernatorun müşayiəti ilə Qafan hava limanında da olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun