Yer kürəsində 4,4 milyard insan bundan əziyyət çəkir

16 Avqust 2024 08:51

İsveçrədən olan tədqiqatçılar, BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri belə qənaətə gəliblər ki, 136 aşağı və orta gəlirli ölkədə 4,4 milyarddan çox insan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulduğu kimi təmiz, təhlükəsiz suya davamlı çıxışdan məhrumdur. Bu da ÜST və UNICEF-in 2020-ci ildəki təxminlərindən iki dəfə çoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, alimlərin bu fikirləri "Science" elmi jurnalında dərc olunan məqalədə yer alıb.

"Təmiz və təhlükəsiz suya çıxış insanların ayrılmaz hüququdur və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biridir", - tədqiqatda deyilib.

Alimlər qeyd ediblər ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi zamanı bu problemin həlli aşağı və orta gəlirli ölkələrdə içməli suya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin müxtəlif bağırsaq infeksiyalarına yoluxma hallarını azaldacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun