İcazəsiz kliplə bağlı araşdırma başladı

16 Avqust 2024 07:32

Məşhur amerikalı müğənni Keti Perri haqqında istintaq başladılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya hökuməti açıqlama verib.

Bildirilir ki, Perri sentyabrda çıxaracağı "143" albomundan "Lifetimes" mahnısına klip çəkdirib. O, məkan olaraq İspaniyanın İbitsa və Formentera adalarındakı çimərlikləri seçib.

Lakin "həssas ekoloji bölgə" elan edilən ərazidə klip çəkilişi üçün səlahiyyətlilərdən icazə alınmadığı bildirilib.

Video çəkilişlərin çimərlikdə ətraf mühitə ziyan vurub-vurmadığı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun