"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

15 Avqust 2024 21:53

21:53

"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Azərbaycan təmsilçisi evdə İrlandiya "Sent Patriks"i ilə qarşılaşıb.

"Bank Respublika Arena"da keçirilən görüş "Sabah"ın 0:1 məğlubiyyəti ilə başa çatıb. İrlandiyadakı oyunda da eyni hesabla uduzan Azərbaycan təmsilçisi Konfrans Liqasında çıxışını başa vurub.

Qeyd edək ki,  "Sent-Patriks" pley-offda "Saburtalo" (Gürcüstan) - "Başakşəhər" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. 

15 avqust

20:00. "Sabah" - "Sent Patriks" (İrlandiya) - 0:1 

Qol: Zaxari Elbuzedi, 49

Qırmızı vərəqə: Sofian Çakla, 27 ("Sabah")

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena"

İlk oyun - 0:1

-----------

20:02

"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxır.

Azərbaycan təmsilçisi evdə İrlandiya "Sent Patriks"i ilə qarşılaşır. "Bank Respublika Arena"da keçirilən görüş saat 20:00-da başlayıb. Bu komandalar arasında ilk matç İrlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Sabah" (Azərbaycan) - "Sent-Patriks" (İrlandiya) cütünün qalibi isə "Saburtalo" (Gürcüstan) - "Başakşəhər" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. 

15 avqust

20:00. "Sabah" - "Sent Patriks" (İrlandiya) - 0:0 (Birinci hissə)

Qırmızı vərəqə: Sofian Çakla, 27 ("Sabah")

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena"

İlk oyun - 0:1

Milli.Az