Şahzadə Salman təhdid edilib: İsraillə müqavilə bağlasam, məni öldürəcəklər

15 Avqust 2024 20:38

Səudiyyə Ərəbistanının faktiki lideri kimi görünən vəliəhd Məhəmməd bin Salmanın ABŞ rəsmilərinə sui-qəsddən qorxduğunu dediyi iddia edilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

Xəbərdə "Şahzadə bin Salman İsraillə münasibətləri yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanına təzyiq edən ABŞ-ı ölkəsi üçün daha uyğun bir razılaşmaya inandırmağa çalışır" şərhi verilib.

Onun həmçinin 1981-ci ildə İsraillə müqavilə bağladıqdan sonra öldürülən Misirin keçmiş prezidenti Ənvər Sədatı da misal çəkdiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 7-də Qəzzaya hücumlar başlamazdan əvvəl Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma danışıqları davam edirdi. İsrail bundan əvvəl ABŞ-ın vasitəçiliyi ilə bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun