Ronaldinyonun oğlu İngiltərə klubuna keçdi

16 Avqust 2024 07:26

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Bernli" ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Mendeş 2023-cü ilin yayında "Barselona"ya keçmişdi və bu yay klubdan ayrımışdı. O, Kataloniya təmsilçisində 9 oyuna çıxıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun