"Real Madrid" hücumçusu ilə yollarını ayırıb

16 Avqust 2024 06:52

İspaniyanın "Real Madrid" komandası futbolçusu Yuanmi Latasa ilə yollarını ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı hücumçunu "Real Valyadolid" klubuna satıb.

İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yuanmi Latasa ötən iki mövsümü "Xetafe"də icarə əsasında keçirib. Forvard bu müddət ərzində 57 oyunda iştirak edib və 7 qol vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun