Türkiyə ilə İraq arasında təhlükəsizliklə bağlı anlaşma memorandumu imzalanıb

15 Avqust 2024 20:17

Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu sənəd son zamanlar iki ölkə arasında başladılan ortaq əməkdaşlıq və təhlükəsizlik addımlarını daha da dərinləşdirəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun