Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov vergi borcunun hamısını ödəyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.
O, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5 milyon 670 min manatdan çox) ödəyib.
Qeyd edək ki, blogerin borcuna görə vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun