Eşqlərini əl-ələ təsdiqlədilər - FOTO

15 Avqust 2024 19:20

Türkiyəli aktrisa Hafsanur Sancaktutanla həmkarı Kubilay Akanın sevgili olduğu təsdiqlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gecə obyektivlərə əl-ələ gəzərkən tuş gəlib.

Qeyd edək ki, Hafsanurun adı bundan əvvəl aktyor Kərəm Bursinlə hallansa da, tərəflər iddiaları təkzib edib. Aktrisa son açıqlamalarının birində eşq həyatı ilə bağlı işlətdiyi "Ortalıqda adam qalmayıb" ifadəsi gündəm olmuşdu.

Hafsanur son olaraq "Ya çok seversen" serialına çəkilib. Kubilay isə "İnci taneleri"ndə rol alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun