Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a bildirilib ki, həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun