Məşhur astroloq və yazıçı Nuray Sayarı bürclərlə bağlı maraqlı açıqlama verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sayarı bu 6 bürcə xəbərdarlıq edib, bildirib ki, həmin bürclərin həyatında müxtəlif dəyişikliklər olacaq.
"Qız bürcündən olanlar yeni iş təklifi ala və ya iş yerini dəyişə bilərlər. Tərəzi bürcləri isə bu həftə ölkə xaricinə çıxacaqlar. Onları əla səyahət gözləyir. Əkizlər bürcü uzun müddətdir çəkdikləri sıxıntılardan azad olacaqlar. Özlərini çox rahat hiss edəcəklər.
Xərçəng bürcündən olanlar ciddi ayrılıqlar yaşayacaqlar. Onların dostluqları, münasibətləri bir anda bitə bilər. Həftənin ən uğurlu və şanslı bürcü Şirdir. Bütün şans onlarla olacaq. Buğalar isə pula pul deməyəcək. Özləri belə bilmədən əllərinə pul gələcək",- deyə astroloq əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun