Bu ilin yanvar-iyul aylarında Azərbaycanda minik taksiləri ilə 47 184,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 3,7% çoxdur.
Dövlət Statistika Komitəsindən Milli.A-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 45 501 min sərnişin daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 994 587,9 min sərnişin daşınıb, bu da illik müqayisədə 9,1% artım deməkdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun