Türk klubu "Bakı"nın futbolçusunu "oğurladı"
25 May 2010 20:13
Daha bir futbolçumuz Türkiyənin "Orduspor" klubunda çıxış edəcək. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ordu klubunun prezidenti Nedim Türkmən açıqlama verib.
Türkmən yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirdiklərini və "Bakı"da forma geyinən Fabio Luis Ramimlə anlaşdıqlarını bildirib. Ramimin orta sahədə oynadığı və 29 yaşının olduğunu bildirən Türkmən futbolçunun yaxın günlərdə Türkiyəyə gələrək, 1,5 illik müqavilə bağlayacağını söyləyib.
/Fanat.az/