Qocalar evindəki ahıl şəxslərin sayı açıqlandı

15 Avqust 2024 12:02

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 nəfərə zəruri sosial xidmətlər göstərilir.

Milli.Az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, onlardan 111-i kişi, 103-ü qadındır.

Agentlikdən, həmçinin bildirilib ki, müəssisə 2 korpusdan və 300 çarpayıdan ibarətdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun