Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a uduzan "Lüdoqorets" baş məşqçisi Georgi Dermendjivelə yollarını ayırıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, buna qitənin ən nüfuzlu klub turnirindəki uğursuzluq səbəb olub.
"Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi mütəxəssislə vidalaşmağa qərar verib. O, dünənki məşqdə də komanda ilə olmayıb. Hazırlıq prosesinə əvəzedicilərin baş məşqçisi Zaxari Sirakov rəhbərlik edib.
Qeyd edək ki, "Qarabağ" Bakıda rəqibinə 1:2 hesabı ilə uduzsa da, Razqraddakı görüşün əlavə vaxtındakı 4 qolla darmadağına sevinib - 7:2.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun