Azad edilən ərazilərdə neçə seçki məntəqəsi olacaq?

15 Avqust 2024 10:28

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Milli.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun