Türkiyənin məşhur tətil bölgəsində həvəskar dalğıclar suyun altında cəsəd tapdılar - FOTO

15 Avqust 2024 19:27

Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda, Konyaaltı küçəsindəki qayaların dibində cəsəd tapılıb.

Milli.Az bildirir ki,  bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, Konyaaltı çimərliyində akvalanqla suya düşən iki həvəskar dalğıc qayaların dibində kişi cəsədini görüb. Ətrafdakı kafedə oturan müştərilərə səslənərək vəziyyət barədə Türkiyənin "112" Təcili Yardım Mərkəzinə bildirmələrini xahiş ediblər.

Hadisə yerinə gələn dəniz polisi və sahil mühafizə qrupları üzərində paltar olan kişi cəsədini sudan çıxarıblar. Cəsədin üzərində tapılan şəxsiyyət vəsiqəsinə əsasən, ölən şəxsin adının Ahmet Göçer olduğu və 22 yaşında olduğu müəyyən edilib.

Göçerin ölüm səbəbi ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun