Matçın ən yaxşısı seçildi - FOTO

15 Avqust 2024 09:31

UEFA Superkuboku uğrunda "Real Madrid" - "Atlanta" matçının ən yaxşı oyunçusu məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, bu ada "Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem laiq görülüb.

Qeyd olunub ki, qərar futbolçunun meydanda topa yaxşı nəzarəti və ikinci qola töhfəsi əsasında verilib.

Xatırladaq ki, "Real Madrid" "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub edib. "Kral klubu"nun heyətində Federiko Valverde (60) və Kilian Mbappe (68) fərqləniblər. Bununla da, "Real" altıncı dəfə UEFA Superkubokunun sahibi olub. İspaniya nəhəngi 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə də UEFA Superkubokunu qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun