Xəzərdə zəlzələ oldu

15 Avqust 2024 08:59

Azərbaycanda zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, avqustun 15-də Lənkəran stansiyasından 75 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun