Burkina-Faso özünün Atom Enerjisi Agentliyini yaradıb

15 Avqust 2024 07:41

Burkina-Faso hökuməti Prezident İbrahim Traorenin sədrliyi ilə ölkədə Atom Enerjisi Agentliyinin yaradılması haqqında qərar qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Burkiniya İnformasiya Agentliyi (BİA) məlumat yayıb.

Sənəddə Burkinonun Atom Enerjisi Agentliyinin səlahiyyətləri və fəaliyyət qaydalarına dair müddəalar müəyyənləşdirilir. Traorenin sözlərinə görə, agentliyin yaradılması Burkina-Fasonun enerji müstəqilliyini, ölkənin sənayeləşməsini təmin edəcək və ölkə daxilində elektrik enerjisinə çıxışı asanlaşdıracaq.

Bu il iyul ayının sonunda Burkina-Faso hökuməti, ölkənin nüvə elektrik stansiyasının inşası zamanı qəbul edəcəyi, AEBA ekspertlərinə və vəzifəli şəxslərinə imtiyaz və toxunulmazlıq verən qanun layihəsi qəbul edib. Burkina-Faso bir neçə ildən sonra üç dəfə artacağı gözlənilən artan elektrik ehtiyaclarını ödəmək üçün 2030-cu ilə qədər nüvə stansiyası tikməyi planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun