Afrikada virus: fövqəladə vəziyyət elan olundu

15 Avqust 2024 06:50

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi mpox (meymunçiçəyinin yeni adı) xəstəliyinin yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin baş direktoru Jan Kaseniya deyib.

"Mpox indi sərhədləri keçib və qitəmizdəki minlərlə insana təsir edir", - o bildirib.

Kaseniya qeyd edib ki, fövqəladə vəziyyət elan olunsa da, insanların və malların hərəkətində fasilə olmayacaq.

Qeyd edək ki, bundan öncə ÜST sözügedən virusla bağlı çağırış edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun