Ukraynanın Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

14 Avqust 2024 21:48

Ukrayna hakimiyyəti Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinlərini evakuasiya etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko özünün "Telegram" kanalında yazıb.

"İlkin olaraq 183 yaşayış məntəqəsinin əhalisi təxliyə edilir", - nazir vurğulayıb.

O əlavə edib ki, indiyədək hakimiyyət orqanları 20 mindən çox vətəndaşı təxliyə edib, 2,5 minə yaxın uşaq rayondan çıxarılıb.

Son zamanlar bu bölgədə hərbi əməliyyatların intensivliyi artıb. Bunun fonunda avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətində 20 kilometrlik sərhəd zonasında "bütün kateqoriyadan olan vətəndaşların" gediş-gəlişinə qadağa qoyulduğunu elan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun