Rus ordusunda atışma: ölənlər var

14 Avqust 2024 20:49

Rusiyanın Kursk vilayətinin Rılski rayonunda rus ordusunun hərbçisi avtomatdan atəş açaraq üç yoldaşını güllələyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, əsgər müharibədə iştirak etməkdən imtina edib:

"O, iki gün əvvəl Kursk yaxınlığına köçürülüb, daha sonra isə sərhəd zonasına göndərilib. Hərbçinin psixi problemləri olduğu və məhz bu səbəbdən döyüş əməliyyatlarında iştirakdan imtina etdiyi barədə informasiyalar da var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun