Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək

14 Avqust 2024 20:15

NATO-nun ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclas sentyabrın 13-dən 15-dək Çexiyanın paytaxtı Praqada keçiriləcək.

İclasda müdafiə nazirləri Alyans daxilində hərbi strateji vəziyyəti müzakirə edəcəklər. Hərbi Komitənin iclasının açılışına Çexiya Prezidenti Petr Pavel qatılacaq.

İclas çərçivəsində baş tutacaq sessiyalarda NATO müdafiə nazirləri 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən Zirvə toplantısında Müttəfiq ölkələrin dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş qərarların icrası, Ukraynaya uzunmüddətli dəstək və qlobal tərəfdaşlığı dərinləşdirmək, alyansın Ukraynaya dəstək paketinin bir hissəsi olaraq, təhlükəsizlik yardımının çatdırılmasını planlaşdırmaq, əlaqələndirmək və təşkil etmək üçün nəzərdə tutulmuş Ukrayna üçün NATO-nun Təhlükəsizliyə Yardım və Təlimin təşkili (NSATU) ilə bağlı yeni komandanlığın yaradılmasını dair müzakirələr aparacaq.

Nazirlər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan dərslərin müəyyən edilməsi və tətbiqi və Ukrayna ilə praktiki əməkdaşlığın mühüm sütunu olan NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinin (JATEC) fəaliyyətə başlamasını müzakirə edəcəklər.

Qeyd edək ki, Hərbi Komitənin ildə iki dəfə iclası NATO-nun Brüsseldəki Qərargahında, ildə bir dəfə Müttəfiq ölkələrdən birinin paytaxtında keçirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun