"Fənərbağça"nın 25 yaşlı ulduz futbolçusu 35 milyon avro qarşılığında İngiltərənin "Brayton" klubu ilə rəsmi razılığa gəlib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin və "Fənərbağça"nın təcrübəli hücumçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Ferdi Kadıoğlu "Brayton" klubunun 35 milyon avroluq təklifini qəbul edib. İngiltərə klubu 35 milyondan əlavə İngiltərə Premyer Liqasının qalibi olacaqları təqdirdə bonus ödəyəcəklərini bildirib.
Qeyd edək ki, daha öncə "Mançester Yunayted" klubu futbolçu ilə danışıqlara başlasa da, "Fənərbağça" klubu Ferdi Kadıoğlunu "Brayton"a satmağa qərar verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun