Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı xəbərdarlıq

14 Avqust 2024 20:00

2024-cü ilin əvvəlindən ABŞ-də parvovirus hallarında böyük artım qeydə alınıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) açıqlama verilib. 

Bildirilib ki, son iki ildə xəstəliyə yoluxma hallarının sayı artıb və 5-9 yaşlı uşaqlarda parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub. Bu virus daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi simptomlarla özünü göstərir.

Açıqlamada virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun