Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun