Tailand Konstitusiya Məhkəməsi Baş nazir Srettha Thavisini etik kodeksi pozmaqda günahkar bilib və vəzifəsindən uzaqlaşdırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclası "The Reporters" telekanalı yayımlayıb.
Doqquz hakimdən beşi hökumət başçısının istefasına səs verib. Onu 2024-cü ilin aprelində Pxiçit Çınbanı Baş nazir dəftərxanasında nazir təyin edilməsində yol verdiyi pozuntularda günahkar biliblər.
Belə ki, keçmiş hüquqşünas Çınban 2008-ci ilin iyununda 6 ay müddətinə həbs olunmuşdu. Buna səbəb onun korrupsiya cinayətlərinin birində keçmiş Baş nazir Taksin Çinavatanın maraqlarını müdafiə etməsi idi. O vaxt Tailand Hüquqşünaslar Şurası onun vəkillik lisenziyasını beş il müddətinə dayandırmışdı.
İndi isə Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) deputatları yeni Baş nazirin namizədliyini nəzərdən keçirməli və təsdiqləməlidirlər.
Xatırladaq ki, S. Thavisin 2023-cü il avqustun 22-dən bu vəzifəni tuturdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun