İran müxalifəti mitinqlərə hazırlaşır
25 May 2010 22:40
İranın İLNA xəbər agentliyi Tehranın polis rəisi general Hüseyn Sacadiniaya istinadən bildirib ki, polis qeyri-qanuni nümayişlərin qarşısını alacaq.
Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi tərəfdarlarını prezident Mahmud Əhmədinejadın yenidən dövlət başçısı seçilməsini qeyd etmək üçün iyunun 12-də dinc nümayişlərə çağırıb. Müxalifət cənab Əhmədinejadı seçkiləri saxtalaşdırmaqda ittiham edir və Mir Hüseyn Musəvinin qanuni qalib olduğunu bildirir.
Milli.Az