ABŞ-dan qalmaqallı etiraf: Kürdləri Türkiyəyə hücuma hazırlayırıq - MÜHARİBƏ YAXINLAŞIR

14 Avqust 2024 15:46

ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor "Kürdüstan İşçi Partiyası"nı (PKK-KBK) Türkiyəyə hücuma hazırladıqlarını etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Amerikalı polkovnik Ərdoğanın Türkiyəni müharibədən uzaq tutmağa çalışdığını bildirib və vurğulayıb ki, ABŞ Suriyadakı kürdləri Türkiyəyə hücuma hazırlayır.

Makqreqor müsahibəsində müharibənin yaxınlaşdığını bildirib.

İsrailə qarşı sərt ritorikaya baxmayaraq, amerikalı polkovnik hesab edir ki, Ərdoğan nəyin bahasına olursa olsun ölkəsini müharibədən uzaq tutmağa çalışır:

"Suriyada Türkiyəyə hücum etmək üçün bəzi qüvvələr hazırlayırıq. Kimi nəzərdə tuturam? Biz PKK-nı və bəzi başqa təşkilatları Türkiyəyə hücum etməyə təşviq edir, silahlandırırıq. Türklər bunu anlayır və narahatdırlar. Biz bunu əvvəllər mütəmadi olaraq etmişik, lakin bu dəfə vəziyyət çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar və bizim onlara qarşı birbaşa addım atacaq vəziyyətdə olmağımızı istəmirlər. Biz İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru gedirik. Amerika artıq onun bir hissəsidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun