Tanınmış aktrisa xərçəngdən öldü

14 Avqust 2024 19:07

Pokemon animesində Misti və Cessi obrazlarını canlandıran məşhur səs aktrisası Raşael Lillis 46 yaşında döş xərçəngindən vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, onun bacısı internet saytında ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, Lillis 1978-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. O, səs aktyoru olmadan əvvəl universitetdə opera təhsili alıb. O, 1997-2015-ci illər arasında Pokemonun 423 epizodunu səsləndirib. Lillis həmçinin 2019-cu ildə "Detektiv Pikaçu" filmində Jigglypuff-u səsləndirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun