Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.
İdmançılarımız beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazandıqlarını xatırladan dövlətimizin başçısı bildirib: "Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir".
Milli.Az