ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Virciniya ştatının Eşbern şəhərindəki seçki ofisinə oğru girib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, səlahiyyətlilər şübhəlinin bir şey oğurlayıb-oğurlamadığını araşdırdıqlarını bildiriblər.
Təhlükəsizlik kamerası görüntülərində şübhəlinin ofisə girərək içəridə dolaşdığı əks olunub.
"Hər hansı bir siyasi kampaniyanın və ya partiyanın ofisinə daxil olmaq nadir haldır. Biz şübhəlinin şəxsiyyətini, nəyin oğurlanmış ola biləcəyini, yaxud orada nəyisə qoyub-qoymadığını müəyyənləşdirməyi öhdəliyimizə götürürük", - deyə Loudoun Şerifi Mayk Çapman qeyd edib.
Trampın seçki komandası hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun