Daha bir şəhərdə Merih Demiralın heykəli ucaldılacaq

14 Avqust 2024 10:52

Türkiyənin İzmir böyükşəhər bələdiyyəsi Merih Demiralın heykəlinin ucaldılmasına qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avropa çempionatında Avstriya ilə görüşdə iki qol vuraraq Türkiyə millisinə qələbə qazandıran və "bozqurd" işarəsini tutan Merih Demiralın İzmirdə heykəli ucaldılacaq.

Qərar İzmir bələdiyyəsi tərəfindən səsvermə nəticəsində qəbul olunub.

Qeyd edək ki, daha öncə Bolu şəhəri də futbolçunun heykəlini ucaltmaq qərarı vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun