Türkiyənin Malatya şəhərinin Akçadağ rayonunda sərnişin avtobusu aşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 14 nəfər xəsarət alıb.
Zərərçəkmişlər Malatyadakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun