BMW ağaca çırpıldı, sürücü öldü

14 Avqust 2024 09:58

Qəbələdə ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Nohurqışlaq kəndindən keçən hissəsində BMW markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü Əhməd Rəsulzadə ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən şəxs orada vəfat edib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun