Xəbər verdiyimiz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" üçüncü təsnifat mərhələsində "Ludoqorets"i 7:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə adlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin avrokuboklarda ən böyükhesablı qələbəsi olub.
Qurban Qurbanovun komandası bunadək ən böyükhesablı səfər qələbəsini Avropa Liqasının 2011/12 mövsümünün I təsnifat mərhələsində "Banqa" üzərində qazanmışdı - 4:0.
Gecəki qarşılaşma, eyni zamanda, "Ludoqorets"in avrokuboklarda ən ağır ev məğlubiyyəti kimi yadda qaldı.
Razqrad klubu bu oyuna qədər ən ağır ev məğlubiyyətini ötən mövsüm Avroliqanın pley-offunda "Ayaks"dan alıb - 1:4. "Ludoqorets"in avrokuboklarda ağır səfər məğlubiyyəti isə 2016-cı ildə Çempionlar Liqasının qrupuna təsadüf edir. Həmin matçda London "Arsenal"ı bolqarların qapısından 6 cavabsız top keçirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun