Azərbaycanda 4 yaşlı uşaq evdə vurulan iynədən öldü

14 Avqust 2024 09:22

Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.

Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.

Müəyyən olunub ki, azyaşlıya qızdırmaya görə naməlum adda iynə vurulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun