"Məşhurların tez-tez instaqramdakı səhifələri oğurlanır. İndi də bu hadisə Nazənin xanımın başına gəlib. Biz bu məsələ ilə bağlı lazımi tədbirlərimizi görmüşük. Səhifəni bərpa etmək üçün işlər görülür. Nazənin xanımın 1.1 milyon izləyicisi var. Bu , onun həm də iş səhifəsidir. Əlimizdən gələni edəcəyik ki, səhifəni geri qaytaraq".
Milli.Az bildirir ki, bu sözləri müğənni Nazənin Salayevanın prodüseri Pərviz Fəqan olay-a açıqlamasında deyib.
Sənətçinin prodüseri haker tərəfindən oğurlanan instaqram səhifəsinin aqibəti ilə bağlı bunları söyləyib:
"Biz də sizin kimi səhifədə paylaşılan həm şəkilləri görürük, həm də mesajları oxuyuruq. Bəli, orada xoşagəlməz sözlər və şəkillər paylaşılır, amma bu, normal bir haldır. Adətən səhifə oğurlananda bu tip məzmunlu şeylər paylaşılır. Yadınıza gəlirsə, eyni hal Xalq artisti Aygün Kazımovanın da başına gəlmişdi. Təbii ki, bu kimi şeylərdən heç kim sığortalı deyil".
Pərviz bildirib ki, səhifədə şəkilləri paylaşılaraq nalayiq ifadələr yazılan Salayevanın həmkarları ona zəng ediblər:
"Sənət yoldaşları Nazənin xanımla əlaqə saxlayıblar və baş verənləri anlayışla qarşılayıblar. O da bu anlayış üçün onlara təşəkkürünü bildirib".
"İnstaqramı oğurlayan şəxs Nazənin xanımın səhifəsində hesabın oğurlanması üçün 7000 dollar təklif edildiyini yazıb. Bu kiminsə tərəfindən sifariş ola bilər" sualına P. Fəqan belə cavab verib:
"Təbii ki, bunu edənlər Nazənin xanımı sevməyən şəxslərdir. Belə deyək ki, iki şəxsdir. Əslində bunu edənlər Nazənin xanımı qəlblərində çox sevirlər, istəyirlər ki, bu yolla onun diqqətini cəlb etsinlər. Amma bu kimi şeylər Nazənin xanıma təsir etmir. Çünki o bunlara rəğmən yenə də işində-gücündədir. Hazırda Nazənin xanım Bakıda deyil, ailəsi ilə istirahətdədir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun