Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə "uğurlu zərbələr"in videolarını dərc edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İnsayder" məlumat yayıb.
Qeyd olunur ki, "RİA Novosti" Müdafiə Nazirliyinə istinadən "Rusiyanın Mi-28NM helikopterləri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusunun canlı qüvvəsi və zirehli texnikasına S-13 hava raketləri ilə hücumlar həyata keçirib" adlı məlumat paylaşıb. Əslində video Kreminnoy və Çasov Yarda iyulda çəkilib.
Nəşr videonun çəkildiyi yerin koordinatlarını dərc edib.
Avqustun 9-da Müdafiə Nazirliyi Sum vilayətinin Kursk vilayəti ilə həmsərhəd rayonlarından birində Su-34 qırıcı-bombardmançı təyyarəsinin guya FAB-3000 hava bombası ilə vurulmasını əks etdirən daha bir video yayımlayıb. Halbuki eyni videonu iyulun 14-də TASS dövlət agentliyinin yaydığı üzə çıxıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun