Belarus AB-yə çağırış etdi: Ukraynaya təsir et!

13 Avqust 2024 22:52

Belarus Xarici İşlər Nazirliyi bu yaxınlarda Belarus ərazisi üzərində vurulmuş PUA ilə bağlı Ukraynaya təsir etmək üçün Avropa Birliyinə müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

"Böhranın danışıqlar, sülh yolu ilə həllində tərəfdarı olan Belarus gələcəkdə bu cür hərəkətlərin qarşısını almaq üçün AB-ni Ukrayna rəhbərliyinə təsir etməyə çağırır", - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, bu məlumatı Avropa Birliyinə çatdırmaq üçün AB-nin Belarusdakı müvəqqəti işlər vəkili Sten Nyorlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun