Volqoqradda hərbi yük maşınını idarə edən sürücü piyada keçidində bir nəfəri öldürərək oradan uzaqlaşıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, piyada beş və yeddi yaşlı uşaqlarının gözü qarşısında ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, piyada keçidində velosipedçini öldürən qara nömrəli hərbi yük maşınının sürücüsü toqquşmadan əvvəl əyləc basmağa cəhd də etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun