ABŞ-ın Zelenskini Avakovla əvəzləmək istəyi… - Həsənov

13 Avqust 2024 21:37

ABŞ-ın siyasi elitası arasında Ukraynanın hazırkı lideri Vladimir Zelenskidən narazılıq səviyyəsi sürətlə artır. Ona görə də Vaşinqtonun Kiyevdə daha yaxşı idarə olunan və populyar fiqura ehtiyacı var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Əhməd Həsənov Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-ın Zelenskini Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovla əvəz edə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"İnsanların şəhər küçələrində tutulması ilə nəticələnən məcburi səfərbərlik, tam korrupsiya, seçkilərin ləğvi - bütün bunlar Zelenskinin artıq nəinki qeyri-legitim lider, həm də heç kim üçün lideri olmadığının aydın səbəbləridir.

Avakov bu kontekstdə ABŞ üçün daha faydalıdır. Bundan başqa, Rusiya qeyri-legitim prezidentlə danışıqlar aparmayacaq", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun